Siyasi və iqtisadi əlaqələr

Avropa Ittifaqı Azərbaycanla qurduğu yaxın əlaqələri daha da genişləndirərək, əməkdaşlıqdan kənara çıxıb, tədrici iqtisadi inteqrasiya və siyasi əməkdaşlığın dərinləşməsinə doğru addımlayır. Azərbaycanla Avropa İttifaqı arasındakı əlqələr 1990-cı illərin əvvəlinə təsadüf edib, Avropa Komissiyasının Müstəqil Dövlətlər Birliyinə (MDB) göstərdiyi yardımla (TASİS proqramı) başlamışdır. 1999-cu ildə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi qüvvəyə minmiş, 2003-cü ildə Avropa Qonşuluq Siyasəti ilə Avropa İttifaqı Azərbaycanla qurduğu əlaqələrində yeni səhifə açmışdır. 2009-cu ilin may ayında Azərbaycanın Şərq Tərəfdaşlığındakı iştirakı ilə bu istiqamətdə daha bir addım atılmışdır.

Komissiyanın bu siyasətlərə və digər təşəbbüslərə dair verdiyi əlavə məlumat bu bölmədə təqdim olunur.

Avropa İttifaqı ve Azərbaycanın münasibətləri haqqında broşur: 1, 2