Salamlama

Malena Mard - SəfirMalena Mard - Səfir

Hörmətli ziyarətçi,

Avropa İttifaqının Azərbaycan Respublikasındakı  Nümayəndəliyinin internet səhifəsnə xoş gəlmisiniz. Bu səhifədə Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlər və Avropa İttifaqı Nümayəndəliyinin fəaliyyəti haqqında ümumi şəkildə məlumat və istiqamət verilir.

Avropa İttifaqı öz know-how, resurs taleyini tədricən bir-biri ilə əlaqələndirmək qərarına gəlmiş 28 üzv dövlətldən ibarətdir. Aİ əldə etdiyi tərəqqini, sabitlik və təhlükəsizliyi öz qonşuları ilə bölüşmək öhdəliyini götürmüşdür.

Avropa İttifaqında Lissabon Sazişi 2009-cu ilin dekabr ayında qüvvəyə minmiş və Avropa İttifaqının həyatına əhəmiyyətli dəyişikliklər gətirmişdir. Bu Sazişin əsasında unikal Avropa diplomatik korpusu yaradılmışdır. Bu korpusa, o cümlədən Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinə Aİ-nı dünyada təmsil etmək mandatı verilib.

2009-cu ildə Avropa İttifaqı Şərqi Avropa regionu üçün uzun müddətli iddialı siyasət olan Şərq Tərəfdaşlığı (ŞT) təşəbbüsünü işə salmışdır. Bu təşəbbüs institusional strukturların daha çox güclənməsi, qanunvericiliyin Aİ-na daha çox uyğunlaşdırılması, gömrük rüsumlarının sadəcə ləğv edilməsindən kənara çıxaraq hərtərəfli azad ticarət zonalarının qurulması kimi konkret və daha perspektivli nəticələr gətirəcəkdir.

Azərbaycan və Avropa İttifaqı davamlı olaraq əlaqələrini genişləndirməkdədir. 2011-ci ilin yanvar ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Jose Manuel Barrozo arasında Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə imzalananmışdır; viza rejiminin sadələşdirilməsi ətrafında aparılan danışıqlar 2013-cü ilin noyabr ayında Şərq Tərəfdaşlığı Vilnüs sammitində uğurla sona çatmış, 2014-cü ilin sentyabr ayında qüvvəyə minmişdir. 2013-cü ilin dekabr ayında Mobillik Naminə Tərəfdaşlıq haqqında Saziş imzalanmışdır ki, bu da Avropa və Azərbaycan vətəndaşlarını bir-birinə daha da yaxınlaşdıran digər mühüm addım olmuşdur. Dialoq və səciyyəvi əməkdaşlıq sayəsində miqrasiya İttifaqın, Azərbaycan və miqrantların özlərinin maraqlarına uyğun olaraq məsuliyyətli şəkildə birgə idarə edilə bilər.  

Bu gün Avropa İttifaqı və Azərbaycan birgə gələcək üçün möhkəm təməl qurmaqdadır. Növbəti illər üçün əməkdaşlığımızım prioritet sahələrinə aşağıdakılar daxildir: bölgələr arasındakı fərqlilikləri azaltmaqla iqtisadiyyatın diversifikasiyası, daha tarazlı və hərtərəfli inkişafı təşviq etməkdə Azərbaycan Hökumətinin göstərdiyi səyləri dəstəkləmək üçün Regionların və Kənd Yerlərinin İnkişafınayardım; qanunun aliliyinin möhkəmləndirilməsinə və məhkəmə sisteminin müstəqilliyinə yönələn Ədliyyə Sektorunda islahatlara dəstək; və əmək bazarının tələblərinə cavab vermək üçün müvafiq səriştəyə malik olan işçi qüvvəsini təmin etmək baxımından ölkədə olan ehtiyacı ödəyən Təhsil və səriştənin inkişafına dəstək.

Sizi internet səhifəmizi araşdırmağa və fəaliyyətimiz haqqında yenilikləri öyrənməyə dəvət edirik. Hər hansı  sual və ya şərh etmək istəsəniz, bizə müraciət etməkdə tərəddüd etməyin. Sizin rəyinizin bizim üçün böyük əhəmiyyəti vardır.