AK-nın Nümayəndəliyinin Rolu

1 iyul 2013-cü il tarixində Avropa İttifaqının qanunlarına və standartlarına uyğunlaşmaq üçün bir dekada ərzində bütün lazimi təsisatları aparmış Xorvatiya Avropa İttifaqına 28-ci üzv dövlət kimi qoşuldu. Hazırda Aİ 500 milyon artıq olan əhalisi ilə dünyanin ən böyük ticarət blokudur.

Avropa Komissiyası Avropa İttifaqının təsisatlarından biridir, digərləri isə Avropa Parlamenti, Avropa İttifaqının Nazirlər Şurası, Şura, Aİ-nın Məhkəməsi, Avropa Mərkəzi Bankı və Auditorlar Məhkəməsidir.
Avropa Komissiyasının Azərbaycandakı Nümayəndəliyi 2008-ci ilin fevralında Bakının mərkəzində açılmışdır ki, bu, Avropa Komissiyasının dünya üzrə 130 Nümayəndəliyindən biridir. Nümayəndəlik Nizami küçəsi 96 ünvanında yerləşən Landmark III Biznes Mərkəzindəki ofisinə 2008-ci ilin oktyabr ayında köçmüşdü. Nümayəndəlik diplomatik missiya statusuna malikdir və Avropa Komissiyasını Azərbaycanda rəsmi şəkildə təmsil edir.

Nümayəndəliyin mandatına aşağıdakılar daxildir:

  • Azərbaycanın hökumət qurumları ilə hərtərəfli əlaqələrin saxlanması, Aİ, onun qurumları və proqramları ilə bağlı məlumatlandırmanın artırılması yolu ilə Azərbaycanla Avropa İttifaqı arasında siyasi və iqtisadi münasibətlərin təşviq edilməsi;
  • Aİ ilə Azərbaycan arasında imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq üzrə Sazişin icrasına nəzarət edilməsi;
  • Aİ-nın inkişafı ilə bağlı ictimaiyyətin məlumatlandırılması, Aİ-nın fərdi siyasətlərinin izah və müdafiə edilməsi;
  • Avropa İttifaqının yardım proqramlarında iştirak